Vikario vətəninə dönür

“Yuventus” klubu “Tottenhem”in qapıçısı Qulyelmo Vikarionu yayda transfer etmək niyyətindədir.

Allsport.az xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı qolkiper üçün təxminən 25 milyon avro ödəməyə hazırdır. 2023-cü ildən Londonda çıxış edən Vikarionun müqaviləsi 2028-ci ilə qədərdir, lakin onun yenidən İtaliyaya dönməkdə maraqlı olduğu bildirilir.

O, cari mövsümdə bütün turnirlərdə 36 matça çıxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb.

Həmin kateqoriyadan