Vikinqlər əcdadları – Azərbaycan komandası önünə bu heyəti çıxaracaq

Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla səfər oyunu üçün start heyəti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu ölkədən olan həmkarlarımız baş məşqçi Per Matias Hoqmonun 4-5-1 taktikasından yararlanacağını iddia edirlər.

Start heyətdə isə bu futbolçuların meydana çıxması gözlənilir: Rune Yarsteyn – Yunas Svensson, Even Hovlann, Stefan Strannberq, Hatam Alisami – Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Markus Henriksen, Yo-İnqe Berqet – Coşua Kinq.

Bu komandalar arasında matç oktyabrın 8-də Bakı olimpiya stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Qeyd edək ki, məşhur Norveç arxeloqu, səyayhı və yazıçısı Tur Hеyerdal 4 dəgə Azərbaycanda olaraq, qazıntı işləri aparıb. Onun yekun rəqinə əsasən, onun əsdadları – vikinqlər kiçik qayıqlarla, Skandinaviyaya, eramızdan əvvəl məhz Azərbaycandan, Xəzər sahilindən köç edib.

Həmin kateqoriyadan