- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Çex Respublikasının “Viktoriya” klubu təmsilçimizlə bağlı rəsmi saytında təqdimat hazırlayıb. Allsport.az saytının məlumatına görə, Plzen klubunun əməkdaşları sözügedən materialda Ağdam klubu ilə bağlı kobud səhvə yol veriblər. Belə ki, çexlər “Qarabağ”ı hazırda tanınmamış qondarma “Dağlıq Qarabağ Respublika”sının təmsilçisi olduğunu qeyd ediblər.
Bu avrokubok mövsümündə klublarımızın rəqiblərinin ilk belə kobud səhvi deyil. Belə ki, daha öncə “Kəpəz”in Avroliqanın birinci təsnifat mərhələsindəki rəqibi – Moldova “Daçiya”sı Mərdəkanı Ermənistan Makrudyanı kimi təqdim etmişdi. Gəncəlilərin sonrakı rəqibi – Avstriya “Admira”sı isə Naxçıvan Muxtar Respublikasını Azərbaycan ərazisi kimi təqdim etməmişdi.