- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, “Qarabağ”ın rəqibi, “Viktoriya”nın rəsmi saytında Ağdam klubu ilə bağlı kobud səhvə yol verildiyini xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, Plzen klubunun mətbuat xidmətinin rəhbəri Vatslav Qanzlik Bakıdakı cavab oyunu öncəsi həmin səhvə aydınlıq gətirib və qarşı tərəfdən üzr istəyib:
“Qarabağ”ın bizə rəqib olduğunu öyrənəndən sonra bu komanda ilə bağlı “Vikipediya”dan məlumat toplamağa qərar verdik. Səhv də bu zaman baş verib. Amma səhvin olduğunu bilən kimi, həmin məlumatı dərhal saytdan sildik. Bir daha belə bir səhv baş verdiyi üçün üzr istəyirik”.
Qeyd edək ki, Çex Respublikası təmsilçisinin saytında “Qarabağ”ın qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olan Ağdamı təmsil etdiyinə dair məlumat yerləşdirilmişdi.