- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ” yeni futbolçusu Vild-Donald Geyre 2010-cu ildən Haiti millisinə dəvət alıb. Allsport.az saytı xəbər verir ki, o, 37 görüşdə 8 dəfə fərqlənib. 28 yaşlı yarımmüdafiəçi keçidi haqda klubumuzun saytına danışıb:
“Qarabağ” ilk gündən mənə öz ailəm kimidir, sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa liqasının qrup mərhələsində oynayır, bunların hamısını yaxşı anlayıram.
Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.