Vinisius medallar qazanıb

Allsport.az xəbər verir ki, “Real Madrid”in hücumçusu Vinisius Cunyor irqçiliklə mübarizə apardığına görə Rio-de-Janeyro rəhbərliyindən iki medal alıb.

Mükafatlandırma mərasimi Braziliyanın ən böyük stadionunda – “Marakana”da keçirilib. Orada Vinisiusun adını daşıyan irqçiliyə qarşı yeni qanun da təqdim olundu. İndi tribunalarda irqçi təhqirlərə yol verildiyi təqdirdə Braziliyada bütün oyunlar dərhal dayandırılacaq.

22 yaşlı Cunyor “Real”da oynayarkən bir neçə dəfə irqçi təhqirlərin qurbanı olub. O, ötən mövsüm 55 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə verib

Həmin kateqoriyadan