Vinko Marinkoviç: Çempionlar Liqasının təsnifatında Azərbaycana yollanmaqdan qaçmaq istərdim

Bosniya və Herseqovina çempionu “Zrinski”nin baş məşqçisi Vinko Marinkoviç bəyan edib ki, Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ”la qarşılaşmaqlarını istəmir. Allsport.az saytı xəbər verir ki, mütəxəssis, bunu məsafə çoxluğu ilə əlaqələndirib:

“Düzünü desəm, hazırda potensial rəqiblərimizin hansı komandalar olduğunu bilmirəm. İstənilən halda uzaq ölkələrə – Azərbaycana, Qazaxıstana yollanmaqdan qaçmaq istərdim. Belə olan halda mən aşkar favorit və daha güclü olan “Seltik”i seçərdim”.

Həmin kateqoriyadan