- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus “Bayer”in yarımmüdafiəçisi Florian Virtsə gələcək karyerası ilə bağlı məsləhət verib.
Allsport.az xəbər verir ki, o, almaniyalı futbolçu haqda bunları söyləyib:
“Virts 2026-cı il dünya çempionatına yaxşı hazırlaşmalıdır. Bunu yeni bir klubda deyil, tanış mühitdə etmək daha asan olacaq. Ona görə də, ona 2026-cı ilə qədər “Bayer”də qalmağı məsləhət görürəm. Onda onun cəmi 23 yaşı olacaq və onu qarşıda karyerasının daha on ili gözləyir”.