- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Neftçi”nin veteran futbolçusu Vitali Şevçenko klubun rəsmi saytına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 1971-ci ildə SSRİ çempionatının 33 ən yaxşı futbolçusu sırasına düşən hücumçu bunları bildirib:
“Azərbaycan mənim vətənimdir. Həyatımdakı bütün ilklər bu ölkə ilə bağlıdır: ilk dostlar, ilk futbol… Xoş hisslər keçirirəm. Hesab edirəm ki, “Neftçi” ölkə kubokunun ilk görüşündə mütləq qalib gəlməlidir. Əminəm ki, azarkeşlər belə bir gündə komandanı layiqincə dəstəkləyəcəklər”.