- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Türkiyə “Bursaspor”unun vitse-prezidenti Emin Adanur mövsümün əvvəlində heyətə cəlb olunmuş futbolçuların çıxışını dəyərləndirib.
Allsport.az-ın məlumatına görə, klub rəsmisi yerli telekanallardan birinə müsahibəsində yalnız 2 oyunçudan narazı qaldığını bildirib. Funksioner həmin futbolçuların adlarını açıqlamayıb.
Adanur aralarında Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələsgərovun da yer aldığı digər transferlərin isə uğurlu olduğunu vurğulayıb: “Komandada həddindən artıq razı qaldığım futbolçular var. Massimo Bruno, İsmail Yüksək, Namiq Ələsgərov, Nikolas Salasar, Luka Tsapan, Mərt Yılmaz çox yaxşı oyunçulardır. Yalnız 2 nəfərlə bağlı peşmanlıq hissi keçirirəm. Onların adını isə deməyim düzgün olmaz”.
Namiq Ələsgərov I liqa təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.