- Baxış sayı: 26
- 05 Mart 2026 12:57
- Baxış sayı: 73
- Mart 02, 2026
- 0

“Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 26 yaşlı futbolçu ilə “Çelsi”, “Tottenhem” və “Milan” yaxından maraqlanır.
Turin klubu yüksək maaşa görə (illik təxminən 12 milyon avro) və oyunçunun hələ də yeni sözləşməyə imza atmaması səbəbindən onu satmağa müsbət yanaşır. Vlahoviç özü isə karyerasını İngiltərə premyer liqasında davam etdirməyə üstünlük verir.
O, cari mövsüm 22 oyunda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.