- Baxış sayı: 11
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Allsport.az xəbər verir ki, uzun müddət Çex Respublikasında milli komanda daxil olmaqla sayısız klubun baş məşqçilik vezifəsində çıxış etmiş Vlastimil Petrjela Rusiya futbolu haqqında maraqlı fikirlər bildirib.
Rusiyada futbola marağın azalmasından danışan “Zenit”in keçmiş baş məşqçisi belə deyib:
“Mən “Zenit”də işləyəndə həmişə meydan tam dolu olardı. İndi isə stadionlara gedənlərin sayı çox azdır – bu dəhşətdir.
İndi ruslar futboldan əl çəkiblər, hazırda Rusiya qeyri-futbol ölkəsidir. İndi insanların həyatda daha vacib işləri var. İdman isə arxa plana keçib. Vaxt keçdikcə insanların futbola marağının geri qayıdacağı danılmazdır”.
Vlastimlil Petrjela 2007-2008-ci illərdə Azərbaycanın “Neftçi” klubunun baş məşqçilik vəzifəsini icra edib.