- Baxış sayı: 246
- 19 Dekabr 2025 16:24
- Baxış sayı: 141
- Dekabr 19, 2025
- 0


Azərbaycan voleybol federasiyası tərəfindən voleybol məşqçilərinin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə kurs təşkil olunacaq.
Allsport.az xəbər verir ki, 3 mərhələdən ibarət olacaq kurs AVF-nin təlim və aşağı yaş qruplarının rəhbəri Çingiz Axarçeşmə və statistika üzrə təlimatçı Fərrux Qaymaq tərəfindən aparılacaq.
Məşğələnin yekununda iştirakçılar imtahan verəcəklər, imtahandan keçən mütəxəssislərə sertifikatlar təqdim olunacaq.