- Baxış sayı: 248
- 19 Dekabr 2025 16:24
- Baxış sayı: 148
- Dekabr 19, 2025
- 0


AVF tərəfindən FİVB-nin “Voleybolun güclənməsi” proqramı çərçivəsində keçirilən kurs GİN-nin voleybol mərkəzində baş tutub. Allsport.az saytı xəbər verir ki, məşqçilərin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan kurs 3 mərhələdən ibarətdir.
Dərslər AVF-nin təlim və aşağı yaş qruplarının rəhbəri Cingiz Axarçeşmə və statistika üzrə təlimatçı Fərrux Qaymak tərəfindən keçirilir. 18 nəfərin iştirak etdiyi məşğələnin yekununda hər 3 mərhələdə iştirak edən və imtahandan uğurla keçənlərə sertifikatlar təqdim olunacaq.