YAZI
Voleybolumuz bu durumdan necə xilas olacaq?

Ötən həftə qadın voleybolçuların Avropa çempionatında qrup oyunlarına yekun vuruldu. Ardıcıl 9-cu dəfə qitənin ən güclülərinin yarışına qatılan millimiz üçün bu dəfə mübarizə xoş keçmədi. Bütün rəqiblərdən ağır zərbə alan yığma, sonda aciz şəkildə rüsvay oldu; 24 komandanın qatıldığı final mərhələsini 24-cü sırada başa vurdu. Utancverici məqam 5 matçda xala həsrət qalıb, yalnız 1 setdə təsəlli tapmaq idi. Bizim kimi xal toplaya bilməyən Rumıniya belə, 3 setdə sevinə bildi. Bir zamanlar Avropa çempionatında yarımfinallar oynayan, dünya nəhəngləri ilə başabaş mücadilə edən Azərbaycan komandası niyə indi rəzil duruma düşdü? AVF-in 1-ci vitse-prezidenri Faiq Qarayevin vurğuladığı kimi, idmanda udmaq da olar, uduzmaq da. Amma daha özündən zəif, zamanında yarıcanla qalib gəldiyin komandalara yox. Belçika, Fransa, debütant Bosniya və Hersoqovina 10 il öncə Azərbaycana rəqib sayılmırdı, adları heç finalların siyahısında yox idi. Necə oldu birdən-birə bu ölkələrdə voleybol inkişaf etdi və bizi böyük hesabla məğlub etdilər?

Şamil Şamxalovun qurduğu məktəb

Digər top-komanda idman növlərində də çatışmamazlıqlar var, amma voleybol başqadır. Bakı “Neftyanik”ini 1961-ci ildə yüksək liqaya çıxaran Şamil Şamxalov, 1966-cı ildə 3-cü, bir il sonra Azərbaycan SSRİ komandası adı ilə 2-ci olub. Təcrübəli mütəxəssis Kubada voleybolun inkişafına da öz tövhəsinə verib. Bu gün «Azadlıq adası»nın qadın millisinin dünya voleybolunda aparıcı söz deməsi, azərbaycanlı məşqçinin qoyduğu möhkəm təməl sayəsindədir. Təcrübəli mütəxəssis Kubada voleybolun inkişafına da öz tövhəsinə verib. Bu gün «Azadlıq adası»nın qadın millisinin dünya voleybolunda aparıcı söz deməsi, azərbaycanlı məşqçinin qoyduğu möhkəm təməl sayəsindədir.

Cahana səs salan olimpiya çempionlarımız

1960-70-ci illərdə Şamil Şamxalovun yetirməsi, İnna Rıskal ilə Vera Lantratova olimpiya oyunları, dünya və Avropa çempionatlarının qalibi olublar. Adı ilk çəkilən həmyerlimiz ötən əsrin 2-ci ən yaxşı qadın voleybolçusu adını daşıyır. O, 1963-cü ildə Rumıniyada qitənin ən güclülərinin yarışında qalib olub, çempionatda ilk dəfə iştirak edən «Gənc oyunçuların ən güclüsü» üçün təsis edilmiş mükafata yiyələnib. Bir il sonra, Tokio-1964-də SSRİ yığması gümüş medal qazanıb. İnna orada parlaq çıxışına görə Xəzər şimşəyi” ləqəbini alıb və maraqlıdır ki, bu adı ona jurnalistlər verib. Bir il sonra RıskalAvropanın ən güclü voleybolçusu seçilib. O, qitənin ən güclülərinin yarışında 2 dəfə də baş mükafata sahib çıxıb (1967, 1971). “Neftçi”nin yetirməsi, 2-qat olimpiya çempionu və bu sayda gümüş mükafatçı olmaqla yanaşı, indiyədək dünyanın ən tutullu voleybolçusu olaraq qalır. Kişilərdə Oqtay Ağayev qitə, Anatoli makaqonov dünya çempionatlarının bürünc mükafatçısıdır. Adı 2-ci çəkilən bakılı sovetlər dağıldıqdan sonra Rusiyaya köçüb, Çelyabinskin “Torpedo” (1999) və “Avtodor-Metar”» (2008) klublarını çalışdırıb.

Böyük Oktyabr inqilabının 40-illiyinə həsr olunmuş SSRİ kubokunda qalib heyətin üzvlərindən biri Feliks Məmmədov idi. Onun məşqçilik karyerasının ilk dönəmi çox uğurlu keçib. Gənc mütəxəssis 1962-1965-ci illərdə yeniyetmə oğlanlardan ibarət yığmaya rəhbərlik edib. Komandamız məktəblilərin spartakiadasında və digər ümumittifaq yarışlarında uğurla çıxış edib.
Qadınlardan ibarət «Neftçi» klubu onun başçılığı ilə 1972-ci ildə yüksək dəstədə 3-cü yer tutub. Bu uğur müqabilində Azərbaycan SSRİ 1-ci katibi Heydər Əliyev onu mənzil və qızıl saatla mükafatlandırıb.
Həmyerlimiz 11 il Türkiyədə işləyib. Həmin müddət ərzində bu ölkənin ayrı-ayrı komandaları ilə çalışıb. Onlar müxtəlif yarışlarda yüksək nəticələr göstəriblər. Bu uğurlara görə dəfələrlə müxtəlif mükafatlara və fəxri diplomlara layiq görülüb.

Qardaş Türkiyə voleybolunu yüksəldən məşqçilərmiz

80-ci illərdə Şamil Şamxalovun daha bir yetirməsi  – Faiq Qarayev parlayıb. O, 1984-cü ildən məşqçi fəaliyyətinə başlayıb. 1987-ci ildə onun baş məşqçilik etdiyi BMKZ (keçmiş «Neftçi») SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib. Bununla yanaşı, SSRİ gənc qızlardan ibarət yığmasının məşqçi olub, bu komanda ilə Avropa birinciliyini qazanıb, dünya çempionatına yollanıb.
1991-ci ildə Faiq Qarayev komandası sonuncu SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub. Sonra mütəxəssis ölkədə qeyri-sabit vəziyyətlə bağlı Türkiyəyə üz tutub. Qardaş ölkədə millinin idman direktoru olub. 1994-cü ildən İstanbul “Vəqfbank”ında işləyib. Baş məşqçi kimi bu klubu 1997/98-ci mövsümündə çempionlar liqasının finalına daşıyıb. Türkiyə voleybolunu Avropa miqyasına çıxaran ilk mütəxəssis məhz Faiq Qarayev olub. Komandanı qorumaq üçün Alla Həsənova (Seleznyova), Yelena Şabovta, Sveta Zaikina, Elmira Mixayılova, Nisə Quliyevanı özü ilə aparıb, ilk dəfə Türkiyə voleybolunu Avropa elitasına çıxarıb.

Böyük qayıdış: ard-arda gələn qələbələr

1997-ci il­də Azər­bay­can li­de­ri Hey­dər Əli­ye­vin səy­lə­ri ilə ar­tıq hə­ya­tın bü­tün sa­hə­lə­rin­də ol­du­ğu ki­mi, id­man­da da mü­əy­yən­ləş­di­ri­lib for­ma­laş­mış yol­la irə­li­lə­yir­di. Bu­nun­la be­lə, cə­mi bir ne­çə ilə pə­rən-pə­rən sa­lın­mış is­te­dad­la­rı to­par­la­maq, məhv həd­di­nə çat­dı­rıl­mış tə­sər­rü­fa­tı bər­pa et­mək üçün qüv­və­lə­rin sə­fər­bər edil­mə­si gə­rək idi. Am­ma iş tək bu­nun­la bit­mir­di. Döv­rün, za­ma­nın tə­ləb­lə­ri baş­qa idi. Ta­ri­xi­nin “ən ye­ni” ça­ğı­na qə­dəm qoy­muş ək­sər id­man növ­lə­rin­də bey­nəl­xalq sə­viy­yə­də təş­ki­lat­lan­ma op­ti­mal in­ki­şaf həd­di­nə çat­mış­dı. Üs­tə­lik, mü­na­si­bət­lər sis­te­mi də so­vet döv­rün­də adət et­di­yi­miz­dən fərq­li idi. Va­hid mər­kəz­dən müt­ləq qə­rar­lar­la ida­rəe­di­ci­lik müm­kün, əs­lin­də elə ar­zuo­lu­nan da de­yil­di. İlham Əliyev MOK-a rəhbər seçiləndən sonra, Azərbaycanı tərk edən məşqçiləri geri dəvət etdi. 2000-ci ildə Faiq Qarayevi Vətənə döndü. Mütəxəssis özü ilə apardığı səviyyəli oyunçuların əksəriyyətini milliyə qaytardı. 2001-ci ildən yığma və klub komandaların yenidən beynəlxalq yarışlarda çıxış etmək hüqunu bərpa olundu. Elə həmin mövsüm Alla Həsənovalı və Yelena Şabovtalı «Azərrəyl» Top-komandada mükəmməl çıxış edərək, məğlub olmadan kuboka sahib çıxdı. 2003/04 illərdə «dəmiryolçular» tarixində 1-ci dəfə çempionlar liqasının «Dördlər finalı»na yüksəldi. Sonrakı dövrdə «Rabitə» 2 dəfə (2010/11; 2012/13) bu yarışın gümüş mükafatçısı olub, klublararası dünya çempionatının qalibi (2011) və gümüş medallarını qazanıb (2013).
2010/11-ci mövsümdə «Lokomotiv» Çağırış kubokunun finalında «Azərreyl»ə uduzub, növbəi rəqabətdə həlledici görüşdə «Bakı»nı yenərək yarışı udub (2011/12). Qitədə əmsalımızın artması səbəbindən, ölkəmiz son illərdə çempionlar liqasının qrup mərhələsində 3 klubla təmsil olunmaq hüququna yiyələnib.

Postsovet məkanında ilk Avropa çempionatı

Postsovet məkanında ilk Avropa çempionatı (2017) məhz ölkəmizdə keçirilib. İndi nə oldu? Niyə bu duruma düşdük? Vaxtı ilə dünyanın ən güclü ölkə çempionatına malik Azərbaycanda indi yarış keçirməyə klub yapılmır. Sanki koronavirusu gözləyirlərmiş. Halbuki son mövsümdə 8 kişi və 6 qadın komadaları ilə yüksək liqaya yeni nəfəs gəlmişdi. Amma onu dərhal boğdular. Düzdür, pandemiya iqtisadiyyata da ciddi zərbə vurdu, gəlirlər azaldı. Ancaq belədə, maliyyə xərcini azaltmaq olardı, daha tam klubları qapatmaq yox. Axı niyə özün əkdiyini, özün də məhv edəsən? Nə gedir, onsuz da bağdan gedir…

“B” planı işləyəcəkmi?

Millimizin Serbiyada zəif çıxışı dolayı yolla maliyyə ilə bağlıdır. Əsasən legionçulardan təşkil olunan komandamız mükafatların olmaması, ya da azlığından. Bir neçə əsas voleybolçunu itirən komandaya kimə gəldi “quru” hesabla uduzmasına haqq vermir. Faiq Qarayevin voleyboldan çəkilməsi də oyunçuların başsız qalmasına səbəb olub. Dünya şöhrətli mütəxəssisin nüfuzu çoxdur və ondan çəkinirlər. İndi isə, yüyəni buraxıblar. Artıq bu idman növündə olan ağır durum kənar dairələrdə müzakirəyə çıxıb. Serbiya voleybol federasiyasının prezidenti Zoran Qayiç ürək ağrısı ilə danışıb. Çünki o, vaxtı ikən Azərbaycanda çalışıb və qurulan gözəl işin indi məhv olduğunu görür.
Faiq Qarayev gəlincə, ümidini tam itirməyib. Onun “B” planı var və çox güman, ölkə başçısı İlham Əliyevlə ilə olan yaxın münasibəti, Şuşada quracağı komanda voleybola yeni dirilik gətirəcək.

Kamran HACI

Həmin kateqoriyadan