- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0
Avropa liqasının “E” qrupunda “Vorskla” (Poltava) – “Qarabağ” matçının hakimləri məlum olub. Allsport.az saytı xəbər verir ki, Ukraynada oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Baş hakimi Sandro Şörer olacaq. Ona yan xətlərdə Bekim Zoqay və Ştefan De Almeyda kömək edəcəklər. 6-cı referi funksiyasını Raffael Tseder yerinə yetirəcək. Qapıların yanında Alen Byeri və Lukas Fandrix dayanacaqlar. Almaniyadan olan Edqar Ştaynborn qarşılaşmanın hakim-inspektoru, danimarkalı Klaus Kristensen isə UEFA nümayəndəsidir.
“Vorskla” – “Qarabağ” görüşü noyabrın 8-də Poltavanını Aleksey Butovski adına stadionda keçiriləcək və saat 00:00-da başlayacaq.