- Baxış sayı: 64
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 65
- Dekabr 18, 2025
- 0

Latviya 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Preilu” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 4:3 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşdə het-trikə imza atıb.
Qeyd edək ki, bu, Əsgərovun yenicə keçdiyi və hər oyununda fərqləndiyi “1625 Liepaya” klubundakı 9-cu qoludur. Onun komandası isə 43 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.