- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli premyer liqanın XIX turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. İş vaxtı olanda matça gəlməyə çətinlik çəkirlər. Amma bu gün bizi tək qoymadılar. Qələbə münasibəti ilə oyunçularımı təbrik edirəm. Onlar bu gün böyük əzmkarlıq göstərdilər. Bizim üçün vacib idi. Gələcək qarşılaşmalarda “Səbail”ə uğurlar arzulayıram. Biz isə “Qarabağ”la görüşə hazırlaşacağıq”.