- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Latviya 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası doğma meydanda “Rezeknes”lə qarşılaşıb. “Olayne/Super Nova” bu matçdan qələbə ilə ayrılıb – 5:0. Adı 2-ci çəkilən futbolçumuz görüşə start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 71-ci dəqiqədə mübarizəyə qoşulub.
Komandasının bombardiri olan Vüqar bu qələbədə də böyük pay sahibi olub. O, 35, 55, 64 və 85-ci dəqiqələrdə vurduğu qollarla poker edib. Beləcə, Əsgərov cari mövsümdə vurduğu qolların sayını 40-a çatdırıb. Həsənəliyev isə indiyə qədər 10 qol vurub. 59 xal toplayan “Olayne” 15 klub arasında 2-ci yerdədir.