- Baxış sayı: 7
- 25 Noyabr 2024 15:46
- Baxış sayı: 25
- Noyabr 25, 2024
- 0
Latviya 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Oqre” ilə qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub. O, hesab 1:1 olarkən 48-ci dəqiqədə qol vuraraq, komandasını hesabda önə keçirib. Amma 57-ci dəqiqədə rəqib yenidən hesaba tarazlıq gətirib və matç sülhlə başa çatıb. Vüqar 90-cı dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi “1625 Liepaya” klubunda 15-ci qoludur. Onun komandası isə 51 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.