- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Latviya 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Olaine” ilə qarşılaşıb. Hesabı ilk yarıda meydan sahibləri açıblar. Amma start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar 78-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. O, 81-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, bu, Əsgərovun yenicə keçdiyi və hər oyununda fərqləndiyi “1625 Liepaya” klubundakı 6-cı qoludur. Onun komandası isə 40 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.