- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün İsveçrənin Nyon şəhərində U-19 komandaların Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi Çex Respublikası, Norveç və San Marino ilə 7-ci qrupunda yer alıb. Oyunlar 2019-cu il oktyabrın 9-dan 15-dək adı ilk çəkilən ölkədə təşkil olunacaq. Qalib komandalar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək. Baş məşqçi Vüqar Məmməd elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı açıqlama verib:
“Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burda zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də, rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.