- Baxış sayı: 113
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin “Keçiörəngücü” klubunda növbəti qolunu vurub.
Allsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi evdə “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub etdikləri TFF-1-ci liqasının XII tur matçında fərqlənib.
39-cu dəqiqədə oyuna daxil olan İsgəndərli 51-ci dəqiqədə hesabı açıb. Bu, onun Ankara təmsilçisində cari mövsüm 3-cü qoludur.
“Keçiörəngücü” hazırda 10 xalla 16-cı pillədə qərarlaşıb.