- Baxış sayı: 113
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə TFF I liqasında növbəti oyununa çıxıb.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçinin komandası “Keçiörəngücü” X turda “İstanbulspor”u qəbul edib.
Matça ehtiyatdan başlayan Vüsal 61-ci dəqiqədə, hesab 1:1 olarkən meydana daxil olub. Məhz onun 90+7-ci dəqiqədə vurduğu qol “Keçiörəngücü”yə 3:2 hesablı kritik qələbə qazandırıb.
Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran “Keçiörəngücü” turnir cədvəlində sonuncu pillədən qurtulub.