- Baxış sayı: 52
- 02 Mart 2026 23:39
- Baxış sayı: 60
- Mart 02, 2026
- 0

Azərbaycan basketbol liqasında 6-cı turun 2 oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, açılış matçında “Sumqayıt” evdə “Şəki”ni 96:81 üstələyib.
Meydan sahiblərindən ən məhsuldar basketbolçu Cey Mürrel (26 xal, 10 ötürmə), qonaqlarda Pol Dibal (17 xal, 7 götürmə) olub.
Sumqayıt olimpiya idman kompleksində keçirilmiş günün 2-ci oyununda “Xəzri” və “Xırdalan” klubları üz-üzə gəliblər. Oyun liderin 105:84 hesablı qələbəsi ilə yekunlaşıb. “Xəzri”dən Mark Vital (20 xal, 3 götürmə), “Xırdalan”dan Cessi Qi (28 xal, 11 ötürmə) fərqlənib.