- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Xəmsə” azarkeş qrupu açıqlama yayıb. Allsport.az saytı xəbər verir ki, “Kəpəz”in fan-klubunun Feysbuk səhifəsində bəyanatda bunlar bildirilib: “Komandanın uğursuzluqlarında açıq olaraq günahkar baş məşqçi Yaşar Vahabzadəni görməyimiz , deyəsən bir çoxunda öz aləmində günahsız olduğu düşüncəsi yaradıb.
Komandada oynayan hər bir futbolçu, harada, hansı klubda oynadığını tamlığı ilə dərk etməli, məsuliyyətini anlamaq (anlatmaq) zamanı gəldi! “Kəpəz”də oynadığı halda, 3 gündən bir keçmiş komandası haqda paylaşım edənlər daha çox cavab verməli olacaq, ya da “Kəpəz”də olmayacaq!
Unutmayın, indiyə kimi oynadığınız komanda nə qədər böyük olsa da, “Kəpəz”dən böyük ola bilməz. Stadionda azarkeş sayı sizi aldatmasın! İlk və sonuncu dəfə xəbərdarlıq edirik!”