- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Antalyada toplanışında “Qəbələ” – “Boreç” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev açıqla verıb. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Düşündüyümüz plan üzrə 2-ci oyunumuz oldu. Əsas məqsədimiz bütün komandanın oyun yükünü hiss etməsidir. Xətlərarası əlaqəni getdikcə daha yaxşılaşdıracağıq. İlk 2 oyun arasında fərqi hiss etdik. Komanda gündən-günə daha artığını edəcək və yaxşı formada olmağa çalışacaq.
Ümumi götürsək, komanda 10 gündür bir yerdədir. Az müddətdir. İlk turlarda 80-90 faiz optimal formaya yaxın olacağıq. İstəyərdik ki, geniş heyətimiz olsun. Amma hər şeyi nəzərə almalıyıq. Patrikin tez bizə qoşulmasını gözləyirik. Düşünürəm ki, çempionatda ağır da olsa, komanda boşluğu aradan qaldıra biləcək gücdədir.
Komandadan meydançada istədiklərimizi görmək fikrindəyəm. Əsas onların yanaşması düzgün olmalıdır. Sevindiricidir ki, bütün futbolçular səylə çalışırlar. Mövsüm üçün hədəf qoymamışıq. Qarşıdakı görüşü fikirləşirik”.