- Baxış sayı: 8
- 25 Noyabr 2024 10:40
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Milli komandaların qarşıdakı seçmə mərhələ oyunları ilə bağlı Premyer Liqada yaranan fasilə müddətində “Xəzər Lənkəran” hazırlığını Lənkəranda davam etdirir. Allsport.az xəbər verir ki, komanda artıq dörd gündür hər gün iki məşq olmaqla hazırlığını Lənkərandakı bazasında həyata keçirir.
Məşqlərdə milli komandaların düşərgəsinə çağrılan Rahid Əmirquliyev, Ruslan Abışov, Vüqar Nadirov, Elnur Cəfərov və U-21 millimizə dəvət alan İlyas Səfərzadə ilə Orxan Əliyev iştirak etmir.
Sabah bir məşqlə hazırlığı tamamlayacaq komanda sentyabr ayının 2-də əvəzedici heyətlə yoxlama xarakterli oyun keçirərək fasilə müddətindəki hazırlığın ilk mərhələsini yekunlaşdıracaq.