- Baxış sayı: 69
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Premyer Liqanın 2-ci turunda səfərdə “Sumqayıt”la 1:1 hesablı bərabərliyə imza atan “Xəzər Lənkəran” hazırda Lənkərandadır. Allsport.az xəbər verir ki, “ağ-yaşıllar” bir günlük istirahətin ardından Lənkərandakı bazasında məşqlərini bərpa edib.
Komanda 3-cü turun “Rəvan”la görüşünə hazırlığı davam etdirir. Heyətdə Sadio Tounkara istisna olmaqla zədəli futbolçu yoxdur ki, bu da məşqçilər korpusunu sevindirən əsas məqamdır.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Rəvan” matçı avqustun 22-də keçiriləcək və saat 21:00-da start götürəcək.