“Xəzər Lənkəran” “Şah oyun”un hazırlığına başladı

Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığa start verib. Allsport.az xəbər verir ki, sözügedən komanda Lənkərandakı bazasında dünəndən etibarən bir araya gələrək məşqlərini davam etdirir.

Heyətdə zədəli futbolçu olmasa da, Sadio Tounkaranın “Şah oyun”da meydana çıxması sual altındadır. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da, meydana çıxmağa tam hazır deyil.

Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək “Xəzər Lənkəran” sonra matç üçün paytaxta yola düşəcək.

Xatırladaq ki, qarşıdakı “Şah oyun” sentyabrın 20-də “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan