- Baxış sayı: 194
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 194
- Dekabr 05, 2025
- 0
“Xəzər Lənkəran”ın keçmiş yarımmüdafiəçisi Fernando Qabriel özünə yeni klub tapıb. Allsport.az saytı xəbər verir ki, o, bundan sonra vətənində – Braziliya “A Seriyası”nda çıxış edəcək. O, yerli “Santa Krus” klubu ilə müqavilə imzalayıb. Qabriel növbəti yarım ilini bu komandada keçirəcək.
Qeyd edək ki, Fernando “Xəzər Lənkəran”da 2014/15 mövsümünün ilk yarısında çıxış edib. Ondan sonra isə o, İranın “Persepolis” klubuna yollanmışdı. Futbolçunun son klubu isə Braziliya “A Seriyası”nın digər təmsilçisi “Ferroviariya” olub.