VİDEO
«Xəzər Lənkaran» oyunu yarımçıq tərk etmək istədi

Ölkə çempionatının son turu qalmaqalla yadda qalıb. Allsport.az saytı xəbər verir ki, «Bayıl arena»da keçirilən həlledici «Rəvan» – «Xəzər Lənkaran» matçının 2-ci hissəsində qonaq komanda hakimin rəqibin xeyrinə verdiyi 11-metrilk cərimə zərbəsini haqsız sayaraq, oyunu yarımçıq tərk etmək istəyib.

Amma sonradan rəhbərliyin müdaxiləsi nəticəsində «ağ-yaşıllar» meydana qayıdıb. Bu zaman hesab 2:2 olub ki, bu da Premyer Liqada qalmaq uğrundan mübarizə aparan ev sahibinə qane edib.

Qeyd edək ki, bu görüşdə kobud hakim səhvləri olub. 2-ci hissədə “Rəvan”ın qolunu baş referi Ramil Diniyev qeydə almayıb. Ardından sadə epizodda simulyasiyaya aldanaraq, rəqibin qapısına məlum penaltini təyin edib.

Həmin kateqoriyadan