“Xallar qazanmaq lazımdır”

Premyer liqanın 21-ci turunda “Turan Tovuz” səfərdə “Sabah”la 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:

“Çətin oyun oldu. Səfərdə oynayırdıq. Rəqibin durumu bəlli idi. Məşqçi gedişindən sonra futbolçular daha da aqressiv olur. Bu görsənirdi. Buna baxmayaraq oyuna çox yaxşı başladıq. İstədiyimiz qolu da vurduq. Ondan sonra da epizodlar oldu.

Təəssüf ki, standart vəziyətdən qol buraxdıq. Bu gün rəqibin üstünlüyü standart vəziyətdən idi. İkinci hissə ümumi mübarizə getdi. Taktiki savaş oldu. Dəyişikikliklər etdik. İtkilərimiz var idi. Bu xəstəliklə bağlı bir neçə futbolçumuzu itirmişdik. Bir neçəsini xəstə ola-ola risk etdik. 1 xaldır. Elə olub ki, belə oyunlarda məğlub olmuşuq. Bəlkə də elə oyunlarda 1 xal qazansaydıq turnir cədvəlində vəziyət fərqli olardı. Davam etməliyik. Çempionat daha çətin olacaq. Xallar qazanmaq lazımdır”.

Həmin kateqoriyadan