“Xalq komandaları”nın qarşıdurmasında “Neftçi” üzüldü

Moskvada “Spartak” və “Neftçi” arasında yoxlama oyunu başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Otkritie bank arena”da baş tutan qarşılaşmada meydan sahibləri 2:0 qalib gəliblər.

“Qladiatorlar”dan hücumçu Pavel Melyoşin 34-cü dəqiqədə hesabı açmağa müvəffəq olub. 3 dəqiqə sonra “Spartak” üstünlüyü artırıb. Anton Zinkovskinin ötürməsindən sonra Kvinsi Promes fərqlənib.

2-ci hissədə tamaşaçılar qol görməyiblər.

Həmin kateqoriyadan