- Baxış sayı: 25
- 15 Mart 2026 11:50
- Baxış sayı: 248
- Mart 13, 2026
- 0

Kolumbiya millisinin ulduzu Xames Rodriqes karyerasını ABŞ-də davam etdirməyə yaxındır.
Allsport.az xəbər verir ki, Meksikanın “Leon” klubu ilə müqaviləsi başa çatan 34 yaşlı yarımmüdafiəçi azad agent statusundadır. Xames hazırda MLS-in “Kolumbus Krü” komandası ilə danışıqlar aparır. Onunla həmçinin “Orlando Siti” də maraqlanır.
Rodriqesin məqsədi 2026-cı il dünya çempionatına qədər ABŞ mühitinə uyğunlaşmaq və formasını qorumaqdır.