- Baxış sayı: 9
- 03 Aprel 2025 00:17
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
Növbəti mövsüm üçün 1-ci divizionda iştirak etməyə çalışsa da, prosedur qaydalarına görə istəyi baş tutmayan “Xan Lənkəran” ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, klubun təsisçisi Dəyanət Ağayevin adından ünvanlanan məktubda prezidentdən yardım istənilib. Məktubun surəti gənclər və idman naziri Fərid Qayıbova, AFFA prezidenti Rövnəq Abdullayevə və PFL rəhbəri Ramin Musayevə göndərilib.
Bu arada “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov atacaqları addımlar barədə açıqlama verib: “Mənim əsas hədəfim Premyer liqadır. Amma I divizionda iştirak etmək lazımdır. Qoymasalar, gedib Türkiyədə çıxış edəcəyik. Öz ölkəmizdə peşəkar olmağa qoymurlar. Lazım olsa, ən yuxarı dairələrə qədər gedəcəm. Yenə görüşəcəyik. Rəhman müəllimlə birgə AFFA-da olacağıq. Ondan sonra hamıya məlumat verəcəyik. Hələ heç nə bitməyib. Mübarizəmizi davam etdiririk”.