Xaqani Məmmədov hakim səhvləri ilə bağlı toplantı keçirib

Məlum olduğu kimi, Premyer Liqanın 6-cı turunda keçirilmiş «Qarabağ» – «Neftçi» matçının sonunda baş hakim Fariz Yusifovun 90+1 dəqiqədə qonaqların qapısına təyin etdiyi 11-metrlik cərimə zərbəsi idman ictimaiyyətində geniş müzakirə açıb. Allsport.az saytına daxil olan məlumata görə, məsələyə qarışan flaqmanın prezidenti Çinciz Abdullayev, nüfuzundan istifadə edərək hadisəni yüksək dairələrə çıxarıb.

«Yuxarı»dan PFl prezidenti Ramin Musayevə basqı gəldiyindən, demək olar ki, hər gün AFFa-da bu qalmaqalla bağlı toplantı keçirilir. Dünən saat 19:00-da növbəti yığıncaq təşkil olunub. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov son zamanlar davamlı olan hakim səhvlərindən danışıb, referiləri diqqətli, obyektiv olmağa çağırıb. Ədalət təmsilçilərinin adları ətrafında söz-söhbətlər, yaxın gələcəkdə komitədə islahatların baş verməsinə yol açıb.

Həmin kateqoriyadan