- Baxış sayı: 26
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın XXIV turunun “Qəbələ” – “Qarabağ” oyunundan (0:2) sonra, ev sahiblərinin məşqçisi Xaqani Məmmədovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 46 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Çətin oyun oldu. Bu matça çox ciddi hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq. Komandada itkilər var. Bu, oyunumuza çox təsir edir. Əvvəlki matçlarda da bunun təsiri olub. İstədiyimiz oyunu göstərə bilmədik.
“Qarabağ”ın gücünə bələdik. Bu gün belə heyətlə çalışdıq ki, nələrsə edək. Gücümüz bu qədər çatdı. Əsas heyət oyunçuları zədəli olduğundan komandaya kömək edə bilmirlər. Gənc futbolçularla meydana çıxırıq və istədiyimizi göstərə bilmirik.
3-4 gündən bir oynayırıq, kubok matçları da var. Bu da bizim oyuna təsir edir. Heyət böyük olmalıdır. Çempionatın gərgin vaxtıdır. Bu gün kim daha hazırdırsa, meydanda da onlar olacaq”.