Xaqani Məmmədovdan etiraf: “Mən kreslomu tutub gedən deyiləm”

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu gün KİV üçün təşkil olunan mətbuat konfransında fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, adı rüşvətdə hallanan referi bunları deyib:

“Bizə hakimlər üçün psixoloq lazımdır ki, ayda iki dəfə onlarla işləsin. Mən hətta belə bir adam tapmışam. Bu yöndə iş aparmaq lazımdır. Jurnalistlərdən də çox şey asılıdır. Gənc hakimlərə bu qədər təzyiq göstərmək lazım deyil. Onları dəstəkləmək lazımdır. Bu, artıq hakimlərin avtomatla meydana çıxarıldığı dövr deyil.

Oyunların canlı yayımı zamanı bəzi şərhçilər hakimlərdə səhv axtarırlar. Oyun qaydalarını bilmədən vəziyyəti qəlizləşdirmək lazım deyil.

Mən kreslomu tutub gedən deyiləm. Bəli, səhvlər, təzyiq var. Amma bizim tutduğumuz kurs doğrudur. Yaxşı hakimlər yetişdiririk. Öz postumdan da heç bir yerə getmək fikrim yoxdur.

HK sədri son günlərin əsas tənqid hədəfinə çevrilən Əliyar Ağayevlə də bağlı danışıb: “O, cəzalanacaq. Özü də bir qədər istirahət istəyib. Həm də Ağayev AÇ-2016 (U-17-lər arasında) zamanı ehtiyat hakim olacaq”.

Həmin kateqoriyadan