“Xarakter göstərdik və qələbə qazandıq”

“Fasilə ərəfəsində son matçımız bizim üçün çox vacib idi. Çünki son sıralarda getmək istəmirdik. Futbolçular bunu başa düşürdülər. Kubok oyunlarında da, indi də futbolçular çox qaçdılar. Xarakter göstərdik və qələbə qazandıq”.

Allsport.az saytı xəbər verir ki, bu fikri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov, premyer liqanın  14-cü turunda səfərdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.

41 yaşlı mütəxəssis, qış fasiləsində islahatlar olacağını da bildirib: “Bunu son tura saxlamışdıq. Hələ təlim-məşq toplanışı barədə danışmamışıq. Qarşıdakı 2-3 gündə bilinəcək. Dəyişikliklər olacaq. Bəzi futbolçularla yolu ayırmaq fikrindəyik. Müqaviləsi bitən oyunçular var”.

Həmin kateqoriyadan