- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Azərbaycan mükafat yarışını işıqlandırılması üçün ölkəmizə səfər edən əcnəbi media nümayəndələri Bakı ətrafı məbədlərdə olublar. Allsport.az saytı xəbər verir ki, məşhur İpək yolu üzərində salınan Atəşgahın qədim dövrdə zəvvarların və atəşpərəstlərin müqəddəs məkanı olduğu bildirilib. Qonaqlara alovun hündürlüyünün 10-15 metrə qədər çatan Yanardağın 2007-ci ildən bəri qorunan tarixi abidələrimiz sırasında yer alması barədə məlumat verilib.
Xarici media nümayəndələri qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri ilə də tanış olublar. Müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan abidələri qonaqlarda xüsusi maraq oyadıb.
Formula-1 yarışı üçün ölkəmizə 60-dan KİV nümayəndəsi gəlib. Paytaxtımızda olduqları müddətdə onlara həm şəhərimizin tarixi barədə ətraflı məlumat verilib, həm də müxtəlif məkanlara tanışlıq səfərləri təşkil edilib.