- Baxış sayı: 82
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Bavariya” və Almaniya millisinin keçmiş baş məşqçisi Hansi Flik “Barselona”ya rəhbərlik edə bilər.
Allsport.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta, Fliki 2021-ci ildə komandanı çalışdırmağa razı salmağa çalışıb. Almaniyalı mütəxəssis imtina etdikdən sonra, rəhbərlik Xaviyə üz tutub.
Xatırladaq ki, ötən gün Xavi mövsümün sonunda “narıncılar”dan ayrılacağını açıqlayıb.
58 yaşlı Flik 2023-cü ilin sentyabrında Almaniya millisini tərk etdikdən sonra işsizdi.