- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 92
- Mart 29, 2026
- 0

Allsports.az xəbər verir ki, Xavi “Barselona” ilə müqaviləsini 2026-cı ilə qədər uzada bilər.
Baş məşqçi və klub prezidenti Joan Laporta gələn həftə yeni müqaviləni müzakirə etmək üçün görüşəcək.
Xavi tezliklə razılıq əldə olunacağına əmindir.
Mütəxəsissin hazırkı müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Lakin “Barselona” rəhbərliyi məsələni mümkün qədər tez uzatmaqla bağlamaq istəyir.
Kataloniya klubu Xavinin rəhbərliyi altında İspaniya çempionluğunu və ölkə superkubokunu qazanıb.