- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın futbolçusu Xayme Romero İspaniyanın “El Mundo” nəşrinə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, ölkəmizdəki hərbi vəziyyət və karantindən danışıb:
“Təhlükə hissi yoxdur, əvvəlki kimi həyatımıza davam edirik. Qarşıdurma digər bölgədədir. Halbuki burda həmin hadisələri yaşayan çox sayda insan var. Klubda hər şeydən təcrid olunmağımızı, vacib oyunlarımız olduğu üçün özümüzü yalnız işimizə həsr etməyimizi istəyirlər. Çünki münaqişənin yarandığı bölgənin adını daşıyırıq.
Buna görə də ciddi hazırlaşmalıyıq. Hər səfər öncəsi testən keçməliyik. Geri dönəndə bu hal təkrarlanmalıdır. Martdan sərt karantin qaydaları tətbiq edildi. Kafelər, restoranlar hamısı bağlı idilər. Sonra axşama qədər işləməyə icazə verildi. Ümid edirəm ki, müharibə və virus bitər, hər şey yenə normala dönər”.
Romeo komandanın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən də danışıb: “Çox ciddi biri kimi görünsə də, hər kəslə yaxındır. “Qarabağ”ın bütün uğurlarında əsas pay sahibi odur. Ünsiyyət üçün ingilis dilində danışsa da, mən çox bilmirəm. Nə yaxşı ki, ispan dilinə çevirən tərcüməmiçiz var”.