- Baxış sayı: 25
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Xorvatiya millisi Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun oyununda İtaliyanı məğlub edə bilməyib.
Allsport.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb, xorvatlar 98-ci dəqiqədə qol buraxıb.
Qrup mərhələsinin yekununda Xorvatiya 2 xalla “B” qrupunda 3-cü yeri tutub. Zlatko Daliçin komandası qrup mərhələsinin ən yaxşı üçüncü komandalarından biri kimi pley-offa çıxmaq üçün riyazi şansını saxlayır.
Xorvatlar bundan sonra Macarıstan, Avstriya və hərəyə 3 xal toplayan “E” qrupunun komandalarına (Rumıniya, Belçika, Slovakiya, Ukrayna) qalib gələ bilməyəcəklər. İndi Xorvatiya yalnız Sloveniya, Çex Respublikası və Gürcüstan millilərinin uğursuzluğuna ümid edə bilər.
Beləliklə, Xorvatiya pley-offa vəsiqə qazanacaq, əgər:
İngiltərə Sloveniyanı 3+ qolla məğlub edəcək;
Türkiyə Çex Respublikasına qalib gələcək və ya qolsuz heç-heçə oynayacaq;
Portuqaliya Gürcüstana qalib gələcək və ya qolsuz heç-heçə oynayacaq.