Xorvatiya mətbuatı: “Əmrəli “Dinamo”da bütün futbolçulardan fərqlənir”

Xorvatiya mətbuatı “Dinamo”unun azırbaycanlı Mahir Əmrəlini transfer etməsinin səbəblərini yazıb. Allsport.az saytı xəbər verir ki, index.hr nəşrinin hazırladığı məqalədə, Zaqreb təmsilçisinin 3-5-2 taktiki sxeminə keçdiyi və buna görə də komandaya sol ayağı işlək olan ucaboy hücumçu lazım olduğu bildirililib.

Yazıda, həmyerlimizin fərqli keyfiyyətləri olduğu qeyd olunub: “Əmrəli “Dinamodakı bütün futbolçulardan fərqlənir. Yeganə solaxaydır və sürəti ilə seçilir. “Legia”dan gələn 24 yaşlı hücumçunun zəngin təcrübəsi var. O, 18 yaşında “Qarabağ”da debüt edib və növbəti 6 mövsümdə 185 oyuna çıxıb, avrokuboklarda komandasına çox faydalı olub.

O, 24 məhsuldar ötürmə ilə 67 qol vurub. Tez bir zamanda millinin aparıcı oyunçusu olub. Millidə 32 oyuan 4 qol vurub. O, Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə iki dəfə oynayıb və həmin qrupda Uels və Macarıstan yığmalarına qol vurub”.

Yazıda o da qeyd olunub ki, Mahirin “Dinamo”ya keçməsi komandanın aparıcı hücumçularından olan Bruno Petkoviçə bir xəbərdarlıqdır. Yəni, Əmrəli mövsümün qalan hissəsində ümidləri doğrulda və əsas heyətə düşə bilsə, Petkoviç yayda komandanı tərk etmək məcburiyyətində qalacaq. Hazırda isə komandada yer alan 6 hücumçudan yalnız Orşiçin start heyətində yeri təmin olunduğu qeyd edilib.

Həmin kateqoriyadan