- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 31
- Dekabr 05, 2025
- 0

Xəbər verdiyimiz kimi, Mahir Əmrəlinin çıxış etdiyi Zaqreb “Dinamo”su dünən Xorvatiya 1-ci divizionunun 30-cu turunda evdə autsayder “Draqovolyaç”ə 2:0 qalib gəlib.
Allsport.az saytının məlumatına görə, millinin futbolçusu 70-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub. Xorvatiyanın “Jutarnji list” nəşri onun zədəsini sağaldıb yenidən oyunda iştirak etməsi müsbət hal kimi dəyərləndirib:
“Artıq 2-ci dəfədir ki, Mahirin zərbəsi tirə tuş gəlir. İlk dəfə “Maksimir”də “Şibenik”ə qarşı matçda belə hadisə baş vermişdi. Top tirə dəyməsəydi, bəlkə də maraqlı olmazdı. Yeri gəlmişkən, “Maksimir”dəki həmin görüşdən əvvəl Mahir öyünürdü ki, Polşa liqasında onun 5 zərbəsi qapı dirəyinə dəyib”.