Xorvatiya yığması da Almaniyaya gedir

Bu gün Avro-2024-ün seçmə mərhələsinə yekun vurulub.

Allsport.az xəbər verir ki, keçirilən oyunlardan sonra final mərhələsini vəsiqə qazanacaq 20-ci yığmanın adına aydınlıq gəlib.

Öz meydanında Ermənistana qalib gələn Xorvatiya yığması bu hüququ əldə edib. Oyunun taleyini həll edən qolu Budimir vurub. Türkiyə millisi isə səfərdə Uelslə heç-heçə oynayaraq, qrup mərhələsini lider kimi başa vurub.

“İ” qrupunun birincisi son turda müəyyənləşib. Rumıniya öz meydanında İsveçi məğlub edərək, qrup qalibi olub.

B qrupu
23:45. Cəbəllütariq – Niderland – 0:6
Qollar: 
Stenqs, 10; 50; 62. Vieffer, 23. Koopmeiners, 38. Qakpo, 81
23:45. Yunanıstan – Fransa – 2:2
Qollar: 
Bakasetas, 56. İoannidis, 61 – Kolo Muanu, 42. Fofana, 74
Xal durumu: Fransa – 22 (8), Niderland – 18 (8), Yunanıstan – 13 (8), İrlandiya – 6 (8), Cəbəllütariq – 0 (8) xal.

D qrupu
23:45. Xorvatiya – Ermənistan – 1:0
Qol: 
Budimir, 43
23:45. Uels – Türkiyə – 1:1
Qol: 
Uilyams, 7 – Yusuf Yazıcı, 70 (pen.)
Xal durumu: Türkiyə – 17 (8), Xorvatiya – 16 (8), Uels – 12 (8), Ermənistan – 8 (8), Latviya – 3 (8) xal.

İ qrupu
23:45. Andorra – İsrail – 0:2
Qol: 
Kervos, 29 (öz qapısına). Kinda, 81
23:45. Kosovo – Belarus – 0:1
Qol: 
Antilevskiy, 43
23:45. Rumıniya – İsveçrə – 1:0
Qol: 
Alibek, 50
Xal durumu: Rumıniya – 22 (10), İsveçrə – 17 (10), İsrail – 15 (10), Belarus – 12 (10), Kosovo – 11 (10), Andorra – 2 (10) xal.

Həmin kateqoriyadan