- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

“Bakcell arena”da keçirilən Azərbaycan – San Marino görüşündən sonra mətbuat konfransı təşkil olunub. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Robert Prisineçki 5:1 hesablı qələbə barədə bunu deyib:
“Norveç millisinə məğlubiyyətdən sonra yaxşı futbol oynaya bildyimizi göstərdik. 90 dəqiqə ərzində üstün olduq. 2-3 qoldan sonra arxayınlaşmadıq. Hücumları davam etdirdik və yenə qollar vurduq.
Şadam ki, komandam bu gün özünə inandı və 90 dəqiqə ərzində gözəl futbol nümayiş etdirdi. Məndə olan məlumata görə, Azərbaycan millisi ilk dəfə 5 qol vurdu. Həm nəticədən, həm də oyundan razı qaldım.