- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
Noyabrın 16-da Xorvatiya millisi Avropa çempionatının seçmə mərhələsində səfərdə İtaliya komandası ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, matç öncəsi slavyanların müdafiəçisi Dario Srna “H” qrupunda vəziyyəti dəyərləndirib. Zaqrebdə “ay-uldizlular”ımızı böyük hesabla üstələyən rəqib, Bakıdakı görüşdə də 3 xal biləcəklərini deyib:
“Çoxları İtaliya ilə oyunun həlledici olacağını düşünür. Əslində, bu belə deyil. Hər rəqiblə mübarizənin öz çətinliyi var. Malta və Azərbaycanla görüşlərdə daha 3 xal qazana bilərik. İtaliya ilə qarşılaşma maraqlı və gərgin olacaq. Səfərdə oynayacağımızdan, üstünlük rəqibdədir”.